Əfqanıstanın paytaxtı Kabildə partlayış baş verib.

Unikal.org KİV-lərə istinadən verdiyi məlumata əsasən, hadisə nəticəsində 31 nəfər ölüb, 57-dən çox insan yaralanıb.

Partlayış seçicilərin qeydiyyatı üçün mərkəz qarşısında baş verib. Ölkənin DİN rəsmisi Nəcib Daniş bildirib ki, partlayıcı qurğunu terrorçu-kamikadze işə salıb.

Hələlik heç bir terror təşkilatı hadisəyə görə məsuliyyəti üzərinə götürməyib.