Avropa İttifaqının statistika xidməti olan "Avrostat yüksək dövlət borcu olan dövlətlər haqqında məlumatları ictimailəşdirib.
Unikal.org xəbər verir ki, Avropada ən çox xarici borcu olan dövlət Yunanıstandır.
2017-ci ilin dördüncü rübünün yekunlarına görə, Yunanıstanın borcu ÜDM-un 178,6 faizini təşkil edib. Ardınca siyahıda İtaliya və Portuqaliya gəlir. Bu ölkələrdə borc göstəricisi müvafiq olaraq 131,8 və 125,7 faiz civarındadır.
Avropanınən az borcu olan dövləti isə Estoniyadır.Estoniyada dövlət borcu ÜDM-un cəmi doqquz faizini təşkil edir.