Almaniyanın Ankaradakı səfiri Mart Erdmann Türkiyə Xarici İşlər Nazirliyinə çağrılıb.

Unikal.org "Haber7yə istinadən xəbər verir ki, səfir Türkiyədə olmadığından Nazirliyə Almaniyanın müvəqqəti işlər vəkili gedib.

Türkiyə XİN-də almaniyalı diplomata terrorçu PKK-nın Suriyadakı qolu YPG-nin Almaniyadakı fəaliyyətindən narazılıq ifadə olunaraq ölkəsinin rəhbərliyinə çatdırmaq üçün etiraz notası təqdim edilib.

Almaniyada çıxan "Der Spigel bildirib ki, Mart Erdmann 2,5 ildir Türkiyədə fəaliyyət göstərir. O, bu müddət ərzində 21 dəfə Türkiyə XİN-ə çağrılaraq nota təqdim olunub.