Pakistanın şimal-qərbində toydapartlayışbaş verib.
Unikal.org-un TASS-a istinadən verdiyi xəbərə görə, hadisə aprelin 26-daaxşam saatlarında Şimali Vəziristan vilayətinin Qulam Xan rayonunda qeydə alınıb.
Naməlum silahlı şəxslər toyun keçirildiyi evə bir neçə əl qumbarası atıb.Nəticədə ən azı 3 nəfər ölüb, 30 nəfər müxtəlif dərəcəli bədənxəsarətləri alıb. Onlarınarasında qadın və uşaqların olduğu da bildirilir.
Polis araşdırma aparır.