Avropol sifarişli "DDoS hücumlarının həyata keçirilməsi üzrə ən böyük servis hesab olunan "WebStresser saytının bağlanması üçün uğurlu beynəlxalq əməliyyat keçirib. Sayt təşkilatçıları aylıq 15 avro olmaqla istənilən internet portalına "DDoS hücumu üçün sifarişlər qəbul ediblər.

Unikal.org  "ICTnews-a istinadən xəbə verir ki, Avropol nümayəndələri bildirib ki, aprelin 24-də "Power Off beynəlxalq əməliyyatı həyata keçirilib. Əməliyyat çərçivəsində Böyük Britaniya, Xorvatiya, Kanada və Serbiyada "WebStresser saytının təşkilatçıları həbs edilib.

Məlumata görə, iri resurs hesab edilən "WebStresser saytı bağlanan zaman burada qeydiyyatdan keçən istifadəçilərin sayı 136 minə yaxın olub. Sayt vasitəsilə son bir neçə ildə 4 milyondan çox "DDoS hücumu həyata keçirilib. Hücumların qurbanları internet servisləri, banklar, dövlət resursları, onlayn oyun serverləri və s. olub.

Tərtibatçılarla yanaşı, "WebStresser saytının Niderland, İspaniya, İtaliya, Xorvatiya, Böyük Britaniya, Avstraliya, Kanada və Honkonqun ən aktiv istifadəçilərinin fəaliyyəti dayandırılıb.