Böyük şəhərlərdə küçələrə atılan saqqız böyük ekoloji problemlər törədir.

Unikal.org a24-ə istinadən xəbər verir ki, Amsterdamda bu məsələnin maraqlı həll yolu tapılıb. "Iamsterdam marketinq firması, "Explicit Wear dizayner firması "Gunshoe istehsalçı firma ilə birlikdə çeynənmiş saqqızların təkrar emalından ayaqqabı düzəltmək qərarına gəliblər.

Amsterdam küçələrindən ildə 1,5 milyon ton saqqız toplanır. Saqqız öz- özünə dağılma prosesinə məruz qalmadığı üçün böyük problemlər yaradır. Mütəxəssislər onun məhz bu xüsusiyyətindən istifadə edərək saqqızdan süni kauçuk alıblar. Bu maddədən hazırlanan ayaqqabıların çox davamlı olduğu bildirilir.

Həmçinin, qeyd edilir ki, bir kiloqram saqqızdan 4 cüt krassovka hazırlamaq mümkündür. Bir cütü 190 avroya satılan bu ayaqqabıların alt hissəsi saqqızdan hazırlanır, qalan hissələrinə müxtəlif tərtibatlar verilir.
Təqdim edilmiş ilk saqqız krassovkar alıcılar tərəfindən həvəslə qarşılanıb.