ABŞ-ın Viskonsin ştatında tibbi helikopterin qəzaya uğraması nəticəsində 3 nəfər ölüb.

Unikal.org-un məlumatına görə, bu barədə "ABC News xəbər verib.

Qəzanın səbəbləri barədə məlumat verilmir. Helikopterin tibbi evakuasiya ilə məşğul olan "Ascension Wisconsin Spirit şirkətinə məxsus olduğu bildirilir.

Məlumata görə, hadisə zamanı helikopterdə pasiyent olmayıb, ölənlər şirkətin əməkdaşlarıdır.