Britaniyada ildırım çaxması zamanı yerə naməlum predmet düşüb.

"Mən heç vaxt belə ildırım görməmişdim və heç vaxt görməmişdim ki, Yerə belə bir şey düşsün", - deyə naməlum predmetin videogörüntüsünü lentə alan şəxs deyib. O, bildirib ki, həmin predmetin nə olduğunu anlamır.

Unikal.org xəbər verir ki, videonu şəbəkədə müzakirə edən istifadəçilərdən biri bildirib ki, kameranın obyektivinə düşən quşdur. Lakin digər şəxslər buna etiraz ediblər. Onlar deyiblər ki, naməlum predmet quşdan çox böyükdür.