Malidə terrorçular tərəfindən törədildiyi ehtimal edilən iki hücum nəticəsində tuareq tayfasından olan azı 40 nəfər həyatını itirib.

Unikal.org   RİA "Novosti"yə istinadən xəbər verir ki, bu barədə rayonun qubernatoru Daoudu Mayqaya istinadən "Reuters" məlumat yayıb.

Bildirilir ki, hücumlar Menaka bölgəsində qeydə alınıb.

Daouda Mayqa bildirib ki, cümə axşamı və cümə günlərində səhrada yerləşən ayrı-ayrı kəndlərdə törədilib.