Tayvanda güclü yanğın nəticəsində azı 7 nəfər həyatını itirib.

Unikal.org  TASS-a istinadən xəbər verir ki, faciə gecə saatlarında Taoyuan şəhərində mikrosxem istehsal edən müəssisədə baş verib.

Ölənlərdən ikisi müəssisənin işçisi, daha 5 nəfər isə yanğınsöndürəndir.

Yanğın-xilasetmə dəstəsinin 7 əməkdaşı xəsarət alıb və xəstəxanalara çatdırılıb. Yanğının səbəbi müəyyənləşdirilir, araşdırma aparılır.