Ötən gün gerçəkləşən Şimali və Cənubi Koreya liderlərinin görüş zamanı Kim Çen İnn ilk dəfə 28 yaşlı həyat yoldaşı Ri Sol Çu ilə dünya mediasının qarşısına çıxıb.

Unikal.org   Qaynarinfo-ya istinadən xəbər verir ki, Şimali Koreyanın "first ladysi Cənubi Koreyanın 1-ci xanımı Kim Conq Suk tərəfindən qarşılanıb.

Qeyd edək ki, Kim Çen İnn 1950-1953-cü illəri əhatə edən Koreya müharibəsinin ardından Cənubi Koreyaya səfər edən ilk Şimali Koreya lideri oldu. Tərəflər 65 ildir davam edən müharibənin bu il rəsmi olaraq yekunlaşacağını elan ediblər.