Əfqanıstanın Cəlalabad şəhərində bombanın partlaması nəticəsində 6 nəfər yaralanıb.

Unikal.org   "Avapress.com"a istinadən xəbər verir ki, hadisə Nanqarhar əyalətinin 6-cı polis bölməsindəki seçicilərin qeydiyyat mərkəzi yaxınlığında qeydə alınıb.

Hadisənin baş verdiyi yerə yaxın ərazidə məscid də yerləşir.

Partlayıcı maddə "Zarang" markalı motosikletdə tapılıb.