İrəvanda müxalifətin mitinqi başa çatıb.

Unika.org bildirir ki, mitinqdə çıxış edən müxalifət lideri Nikol Paşinyan ölkənin baş naziri postunu tutmağa hazır olduğunu bildirib və əlavə edib ki, aprelin 30-da məsələni parlament fraksiyalarının nümayəndələri ilə müzakirə edəcək.

N.Paşinyan tərəfdarlarını aprelin 30-da gün ərzində etiraz aksiyaları keçirməməyə çağırıb və sabahkı mitinqdə siyasi qüvvələrlə danışıqların nəticələrini təqdim edəcəyini bildirib.

19:41

Ermənistanın paytaxtı Yerevanda müxalifətin Nikol Paşinyanın rəhbərliyi ilə çoxminli mitinqi başlayıb.

Unikal.org "RİA Novosti"yə istinadən xəbər verir ki, aksiya "Republika" meydanında keçirilir.

Daha əvvəl etirazçılar "Fransa" meydanına yürüş ediblər. Bundan sonra etirazçılar Yerevanın mərkəzi küçələrinə çıxıblar. "Respublika" meydanında keçirilən yürüş başa çatıb.

Mitinqdə bütün yaş qrupları üzrə azyaşlı insanlar iştirak edir. Aksiyaya həmçinin azyaşlı uşaqların olduğu ailələr də qoşulub.

Meydandakı polislər mitinqi müşahidə edirlər.