İzmirdə 62 yaşlı kişi gecə yarısı dəhşət saçıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, 62 yaşlı K.Mustafa 55 yaşlı Vicdan Özetçini və onun qızı Hülyanı ov tüfəngi ilə vurub. 

Belə ki, binanın ikinci mərtəbəsinə qadının yaşadığı mənzilə nərdivanla çıxan kişi eyvanın qapısını zorla qıraraq içəri daxil olub. Cinayətə səbəb isə 55 yaşlı qadının yaşlı kişinin evlilik təklifini rədd etməsi olub.

Silah səsini eşidən qonşular dərhal polisə məlumat veriblər. V.Özetçi ürəyindən aldığı güllə yarasıyla hadisə yerində həyatını itirib. Qızı isə təcili tibbi yardımla yaxınlıqdakı xəstəxanaya yerləşdirilib.

Polis faktla bağlı araşdırmaya başlayıb. Cinayəti törədən K.Mustafanın axtarışları davam etdirilir.