İraqda 29 qadın ömürlük azadlıqdan məhrum edilib. Onlar arasında azərbaycanlılar da var.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, aprelin 29-da Bağdad Mərkəzi Cinayət Məhkəməsinin qərarı ilə onlar İŞİD terror təşkilatı ilə əməkdaşlıqda ittiham edilirlər.

Qadınlardan altısı Azərbaycan, 19-u Rusiya, dördü isə Tacikistan vətəndaşıdılar. Qadınlar məhkəmə iclasına uşaqları ilə birlikdə gəliblər.

Qərara əsasən qadınlar hökmə etiraz etmək hüququna malikdirlər.