"İranın Azərbaycanda inşa etdiyi dərman istehsalı zavodunun ilk fazasının açılışı yaxın günlərdə baş tutacaq. 

Unikal.org bildirir ki, bunu APA-ya İran səhiyyə nazirinin müavini İrəc Hərirçi deyib. O bildirib ki, Azərbaycan nümayəndə heyəti İrana səfər edib və ölkənin dərman istehsalı üzrə çalışan şirkətləri ilə bağlı araşdırma aparıb: "Ümid edirik ki, iki ölkə arasında dərman istehsalı sənayesi üzrə uzunmüddətli və qarşılıqlı faydalı əməkdaşlıq formalaşdırılacaq.

 
İ. Hərirçi qeyd edib ki, sağlamlıq turizmi  və ölkə ərazisində azərbaycanlı turistlərə səhiyyə xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlıq da yaxşı səviyyədədir: "İnanıram ki, İran və Azərbaycan dərman istehsalı sahəsində əməkdaşlıqla yanaşı, səhiyyə sahəsində elmi təcrübə mübadiləsi də aparacaq.