Amerika Birləşmiş Ştatları prezidenti Donald Tramp Şimali Koreya lideri Kim Çen İnlə Cənubi Koreya ilə sərhəddə yerləşən "Sülh evində görüşmək istədiyini bildirib.

Unikal.org  xarici mətbuata istinadən xəbər verir ki, ABŞ prezidenti Donald Tramp Twitter hesabında qeyd edib ki, görüş üçün çox sayda ölkənin olduğunu qeyd edib.Ancaq Şimali və Cənubi Koreyanın sərhədindəki "Sülh evi üçüncü ölkədən daha əhəmiyyətlidir, önəmli və yadda qalan olmazmı deyə? Tramp sual verib.

Xatırladaq ki, bir neçə gün öncə  KXDR və Cənubi Koreya liderləri Phanmuncom sərhəd məntəqəsində "Sülh evində görüşüblər.Kim Çen In son 65 ildə Cənubi Koreyaya səfər edən ilk KXDR lideri tarixə düşüb.