İran Məhkəmə Hakimiyyəti "Telegram" messencerinə blok qoymaq qərarına gəlib.

Unikal.org IRIB telekanalına istinadən xəbər verir ki, ölkə vətəndaşlarından çoxlu sayda şikayətlər daxil olub.

Xatırladaq ki, İran rəsmiləri bundan əvvəl "Telegram"dan istifadədən imtina edərək milli ünsiyyət vasitələrinə keçiblər.