Əfqanıstanın Host vilayətində Britaniyanın BBC telekanalının jurnalisti Əhməd Şah qətlə yetirilib.

Unikal.org-un "TOLO News"a istinadən verdiyi xəbərə görə, jurnalist evə qayıdarkən motosikletlə hərəkət edən naməlum şəxslər ona atəş açıb.

"BBC dərin hüznlə müxbirimiz Əhməd Şahın Əfqanıstanın Host vilayətində bu gün öldürüldüyü barədə xəbəri təsdiqləyir", - telekanalrəsmisi Cemi Anqus deyib.