"Microsoftun yaradıcısı Bill Geyts prezident Donald Trampın elm üzrə müşaviri olmaqdan imtina edib.

Unikal.org  "Statnewsa istinadən xəbər verir ki, B. Geyts qrip virusuna qarşı peyvənd hazırlanması ilə əlaqədar prezident Trampla görüşüb. B. Geyts görüşdə deyib ki, prezidentə elm məsələləri üzrə müşavir lazımdır. Tramp isə bu vəzifəni ona təklif edib. Lakin "Microsoftun yaradıcısı təklifi qəbul etməyib. "Bu, mənim yaşımda biri üçün faydalı olmaz, - deyə Geyts söyləyib.   

 Qeyd edək ki, B. Geyts adi inəkdən 4 dəfə artıq süd verəcək "ideal inək yaradılması üçün GALVmed qeyri-kommersiya təşkilatının layihəsinə 40 milyon dollardan çox vəsait yatırıb.