Fransanın paytaxtı Parisdə etirazçılarla polis arasında toqquşmalar olub.

Unikal.org-un "Reutersə istinadən verdiyi xəbərə görə, 1 May mitinqinə qatılan 1200-dək anarxist mağaza və restoranların şüşələrini qırmağa, polisə "Molotov kokteyli və fişəng atmağa başlayıb. Polis, öz növbəsində, etirazçılara gözyaşardıcı qazdan istifadə edib.

"RİA Novostinin polisə istinadən verdiyi xəbərə görə, Parisdə etiraz və qarşıdurmalar zamanı 200 etirazçı saxlanılıb, onlardan 40 nəfəri polis şöbələrinə aparılıb.