Ermənistandakı etiraz aksiyalarının lideri, baş nazir postuna namizədliyi parlament tərəfindən təsdiqlənməyən Nikol Paşinyan dövlət qulluqçularını ümumi tətilə, tərəfdarlarını isə kütləvi vətəndaş itaətsizliyinə çağırıb.

Unikal.org-un "RİA Novostiyə istinadən verdiyi xəbərə görə, N.Paşinyan əsas yolları bağlamağa çağırıb: "Sabah 08.15-dən etibarən kütləvi vətəndaş itaətsizliyinə, ümummilli tətilə başlayırıq, küçələri, magistralları, aeroporta aparan bütün yolları bağlayırıq.

Ermənistandakı etiraz aksiyalarının lideri qeyd edib ki, etirazçıların tələbi dəyişməz olaraq qalmaqdadır - "xalqın namizədinin baş nazir postuna seçilməsi.

Qeyd edək ki, Ermənistan parlamenti bu gün keçirdiyi xüsusi iclasda Nikol Paşinyanı baş nazir seçməyib. N. Paşinyanın lehinə 45, əleyhinə 56 deputat səs verib.