Tayvan sahillərində 5,5 maqnituda gücündə zəlzələ baş verib.

Unikal.org  xəbər verir ki, bu barədə Tayvan Seysmoloji Xidmətinə istinadən TASS məlumat yayıb.

Yeraltı təkanlar adaların şimal-şərq hissəsindəki bir neçə yaşayış məntəqəsində hiss edilib. Zəlzələnin episentri Hualyan qəzası sahilindən 62 km məsafədə, Sakit okeanın 10 km dərinliyində olub.

Titrəyişləri İlan, Nantou vəTaybey qəzalarının sakinləri də hiss ediblər.

Dağıntı və tələfat barədə məlumat yoxdur.