Ermənistan paytaxtı Yerevanda sakinlər avtomobilləri ilə Ədliyyə Nazirliyi, Mədəniyyət Nazirliyi və Təhsil Nazirliyinin binalarına girişləri bağlayıblar.

Unikal.org  "İnterfaks"a istinadən xəbər verir ki, Ədliyyə Nazirliyinə girişləri bloklayanlar arasında Ermənistanda tanınmış hüquqşünas olan Nikolay Baqdasaryan da var.

"Aksiyamız dinc xarakter daşıyır", - o deyib.

Qeyd edək ki, etiraz hərəkatının lideri, "Yolk" müxalifət parlament fraksiyasının lideri Nikol Pashinyan tərəfdarlarını səhərdən tətil elan etməyə və bütün yolları bağlamağa çağırıb.

Etirazçılar artıq Yerevandan beynəlxalq hava limanına gedən magistral yolu, eləcə də bir sıra mərkəzi küçələri bağlayıblar. Hazırda paytaxtda avtomobil nəqliyyatı praktiki olaraq dayandırılıb, metropolitenin işi pozulub.