Ermənistan parlamentinin mayın 2-nə nəzərdə tutulan iclası yetərsay olmadığından baş tutmayıb.

Unikal.org erməni mətbuatına istinadən bildirir ki, bu gün parlamentin iclası üçün cəmi 27 deputat qeydiyyatdan keçib.

Elə bu gün Tsarukyan fraksiyasının üzvləri də millət məclisini boykot etdiklərini bildiriblər. Qeyd edək ki, hakim Respublikaçılar partiyasından olan deputatların Nikol Paşinyanın baş nazir seçilməsinə əngəl törətdikləri üçün "Yelk fraksiyasından olan məclis üzvləri parlamentin iclaslarına qatılmayacaqlarını bildirmişdilər.

Fraksiya rəhbəri Qagik Tsarukyan isə deyib ki, artıq hökumət böhranının ardınca parlament böhranı da başlayıb.

Qeyd edək ki, mayın birində parlamentdəki on saatlıq müzakirələrdən sonra baş nazir postuna vahid namizəd olan Nikol Paşinyan yetərsay olmadığı üçün bu vəzifəyə təsdiqlənməyib.