Liviyanın Siirt şəhərində həyata keçirilən hərbi əməliyyatda sağ ələ keçirilən Osman Özanalın saxlanılmasının görüntüləri yayılıb.

Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, Türkiyə Silahlı Qüvvətlərinin həyata keçirdiyi əməliyyatda qırmızı xətt üzrə axtarışa verilən şəxsin PKK terrorçusu olduğu müəyyənləşib. Özanalın alt paltarında saxlanıldığı məlum olub. Həmin əməliyyat zamanı daha 2 terrorçu öldürülüb. Həmçinin terroristlərlə bərabər iki ədəd AK-47 kalaşnikov avtomatı, çoxsaylı güllələr və əl bombası ələ keçirilib.