Hindistanda 13 yaşlı uşaq dünyayagəlmə fərqi ilə özünə tanrı kimi davranıldığını bildirir.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, hindistanlı 13 yaşlı Sohail Şah belində uzun tüklə dünyaya gəlib. Bunun meymun tanrısı hesab edilən Lord Hanumanın bir işarəsi olduğuna inan ailəsi tükün böyüməsinə icazə verib. Quyruğu olduğuna inan Şah isə bu halından razı olduğunu deyir.

"Belə dünyaya gəldim və bu tük mənim bir hissəmdir deyən Şah yaşadığı kəndin sakinləri tərəfindən Allah kimi qəbul edilir. Onun evinə kənd sakinləri müntəzəm olaraq hədiyyələr göndərirlər. Sakinlərin sözlərinə görə kəndlərində belə uşağın dünyaya gəlməsi müqəddəs bir hadisədir.

13 yaşlı uşaq nə zaman küçəyə çıxsa ətrafına insanlar toplaşır. Ona ən sevdiyi meyvələr olan banan və manqo verirlər. Şahın ailəsi isə övladlarının tanrının onlara verdiyi bir hədiyyə olduğunu, o dünyaya gələndən sonra həyatlarının gözəlləşdiyini deyirlər.