ABŞ-ın Corciya ştatında C-130 ("Hercules") hərbi-nəqliyyat təyyarəsi qəzaya uğrayıb. 

Unikal.org-un "RİA Novosti"yə istinadən verdiyi xəbərə görə, bu barədə ABŞ Hərbi Hava Qüvvələrinin Mətbuat xidməti məlumat yayıb. "Bəli, biz bu təyyarənin Milli Qvardiyaya məxsus olduğunu təsdiqləyirik. Bu an biz yalnız bu məlumata sahibik", - suallara  cavab olaraq Mətbuat xidmətinin nümayəndəsi deyib.