Gədəbəydə bədbəxt hadisə baş verib.

Unikal.org-un apa-ya istinadən verdiyi xəbərə görə, hadisə rayonun Yeni Saratovka kəndində qeydə alınıb.

Kənd sakini, 1970-ci il təvəllüdlü Cəfərov Zülfüqar Oruc oğlu qonşusunda olan dəmir köşkdə iş görən zaman qurğu onun üzərinə düşüb.

Müxtəlif dərəcəli xəsarətlər alan Z.Cəfərov xəstəxanaya yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir.