Türkiyənin Ərzincan şəhərində şantajla qadınları fahişəliyə cəlb edən 7 şübhəli şəxsdən 3-ü həbs edilib.
Unikal.org Türkiyə mətbuatına istinadən xəbər verir ki, prokurorluq və polis əməkdaşları birgə olaraq araşdırmalara başlayıblar. Təxminən 3 ay davam edən araşdırmalardan sonra əməliyyət həyata keçirən polislər azərbaycanlı 50 yaşlı Pərvanə A, 30 yaşlı Səyanə A, 28 yaşlı Mərafət M, Gəmzə Y, İşıl B, Öznur A və Özləm Ç-nı saxlayıblar.
Şübhəlilərin maddi ehtiyacları olan universitet tələbələrini taparaq fahişəliyə cəlb etdikləri, bunu qəbul etməyən tələbə qızların isə hədələndikləri iddia edilir.Tibbi müayinədən keçirilən şübhəlilərin işi məhkəməyə göndərilib. Məhkəmənin qərarı ilə azərbaycanlı Pərvanə A, Türkiyə vətəndaşı Gamzə Y. Və İşıl B. Həbs edilib, digər saxlanılanlar isə sərbəst buraxılıb.