Səhiyyə Nazirliyi Bakı şəhəri Baş Səhiyyə İdarəsinin tabeliyində olan 1 saylı Körpələr evi ilə əlaqədar yayılan görüntülərə münasibət bildirib.
Unikal.org-un xəbərinə görə, nazirliyin mətbuat xidmətinin mütəxəssisi Səfayə Əhmədova bildirib ki, aparılan araşdırmaların nəticəsində görüntülərin həqiqəti əks etdirmədiyi məlum olub.
Onun sözlərinə görə, görüntülər təhrif edilib: "Görüntülərdən aydın olur ki, Körpələr evindən ərzaq deyil, istifadə olunmuş yataq dəstləri yuyulması üçün maşına yüklənilib. Uşaq bezleri məsələsinə gəlincə, oradan 0-1 ölçülü bezlər 3-4 ölçülü bezlərlə dəyişdirilməsi üçün aparılıb".