Rusiya Federasiyası Tatarıstan Respublikasının yeni mədəniyyət naziri təyin edilib.

Unikal.org xarici mətbuata istinadən verdiyi xəbərə görə, həmin vəzifəyə milliyyətcə azərbaycanlı olan İradə Əyyubova təyinat alıb.

Təyinatla bağlı əmr bu gün imzalanıb.

İ. Əyyubova bu günədək Tatarıstan Respublikasının arxiv məsələləri üzrə Dövlət Komitəsinin sədri olub.