ABŞ Hərbi-Hava Qüvvələri "Ð’61-12 "qravitasiyalı nüvə bombasını uğurla sınaqdan keçirib. 

Unikal.org-un xəbərinə görə, bu barədə "Military.com nüvə silahlarının inteqrasiyası üzrə qərargah rəisinin müavini general-leytenant Cek Vaynşteyn bildirib.
"Biz artıq 26 mühəndis, konstruktor və idarə olunan uçuş sınağı həyata keçirmişik-¦ Proqram uğurla reallaşdırılmaqdadır, - deyə Cek Vaynşteyn qeyd edib.

Yeni bombanın hədəfə dəymə dəqiqliyi əvvəlkilərlə müqayisədə daha yüksək olacaq.