Meksikanın Puebla ştatının Baş Prokurorluğu müxtəlif cinayətlərdə şübhəli bilinən San-Martin-Teksmelukan şəhər polis şöbəsinin 11 əməkdaşını saxlayıb.

Unikal.org xarici mətbuata istinadən verdiyi xəbərə görə, saxlanılanlar arasında şəhər polis şöbəsinin rəisi və ictimai təhlükəsizlik komissarının olduğu bildirilir. Onlar və daha 4 polis əməkdaşı həmkarlarından rüşvət tələb etməkdə şübhəli bilirlər. Qalanları isə qanunsuz vəzifə tutmaqda və digər cinayətlərdə şübhəli bilinirlər.

Bundan əvvəl San-Martin-Teksmelukan şəhərinin 185 polis əməkdaşı cinayətkarlıqda şübhəli bilinərək saxlanılıb.