ABŞ-ın Luiziana ştatında kimya zavodunda yanğın baş verib.

Unikal.org xarici mətbuata istinadən xəbər verir ki, yanğın baş verən ərazinin 8 km-də yerləşən sakinlər təxliyə edilib.

Hadisə yerində yanğınsöndürmə briqadası işləyir.

Xəsarət alanlar barədə məlumat verilmir.