Prezident seçkilərindən sonra baş nazirin müavini vəzifəsindən azad edilən Abid Şərifovun ailəsində faciəvi hadisə baş verib.

Bu barədə unikal.org-a Abid Şərifovun özü məlumat verib.

Bildirib ki, avtomobil qəzasında vəfat edən qardaşının nəvəsdir. 
***

Prezident seçkilərindən sonra baş nazirin müavini vəzifəsindən azad edilən Abid Şərifovun ailəsində faciəvi hadisə yaşanıb.

Unikal.org BakuPost-a istinadən xəbər verir ki,  A. Şərifovun qardaşı oğlu yol qəzası nəticəsində həyatını itirib. Hadisə Sabunçu rayonunun Bakıxanov qəsəbəsində baş verib. Belə ki, mayın 2-də saat 13:00 radələrində Zahid Şərifov idarə etdiyi "Volkswagen markalı avtomobili yolun kənarındakı evin hasarına, sonradan isə qaz borusuna çırpıb.

Nəticədə Z. Şərifov və avtomobildəki Elçin Tağıyev hadisə yerindəcə ölüb, digər 2 sərnişin isə yaralanıb. Yaralılar xəstəxanaya yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.