Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Ətraf Mühitin Mühafizəsi Departamentinin əməkdaşları tərəfindən Masallı rayonu ərazisində ətraf mühitin mühafizəsi haqqında qanunvericiliyin tələblərinə riayət olunması ilə bağlı növbəti reyd keçirilib.
Nazirlikdən unikal.org-a verilən məlumata görə, reyd zamanı Masallı rayon mərkəzi xəstəxanasının qarşısındakı ərazidə yaş köküstə 36 sm diametrliyində 1 ədəd şam ağacının qanunvericiliyə zidd olaraq kəsildiyi aşkar edilib. Faktla bağlı akt tərtib edilib və təbiətə 700 manat ziyan dəydiyi məlum olub.
Hazırda qanun pozucusunun müəyyənləşdirilməsi üçün zəruri tədbirlər görülür.