Fındıq yağından ötən əsrin 70-ci illərindən istifadə eddilməyə başlanılıb. Fındıq yağı ilk dəfə həmin illərdə istehsal olunmağa başlanılıb. Bu yağın eksportu ilə əsasən Fransa, İtaliya və Türkiyə məşğul olur. Fındıq yağı badam yağı qədər orqanizmə faydalıdır.

Soyuq sıxma üsulu ilə əldə edilmiş fındıq yağı kəhrəba rəngində və xüsusi qoxuya malik olur. Onun tərkibi E, B, PP və C vitaminim ilə zəngindir. Bu vitaminlərin qarışımı orqanizmə enerji verir. O orqanizmi tonuslandırır, əhval-ruhiyyənin yüksəlməsinə səbəb olur.

Necə seçməli?

Unikal.org immunitet.az-a istinadən bildirir ki, alan zaman fındıq yağının rənginə diqqət yetirmək lazımdır. Onun rəngi şəffaf olmalı və qoxusu insan xoş təsir bağışlamalıdır. Rənginin bulanıq olması onun keyfiyyətsiz olmasının göstəricisiddir. Onu 12 ay müddətində soyuq və qaranlıq yerdə saxlamaq mümkündür.

Fındıq yağının gözəl dadı və xüsusi qoxusu olduğu üçün ondan salatların və bəzi qidaların dadlandırılması üçün istifadə edilir. Qoz və badam yağının istifadə edildiyi bütün qida maddələrinə fındıq yağını da tətbiq etmək olur. Fıdıq yağı qidalara əvəzolunmaz gözəl dad bəxş edir. Ondan ev şəraitində piroqların, pirojkilərin, şirniyyatların hazırlanmasında istifadə edilir. Fındıq yağı vegeteriyanlar üçün əla qida vasitəsidir. Fındıq yağının tərkibi doymamış yağ turşuları ilə zəngindir. Onun əsas hissəsi olein və linolen yağ turşularından ibatərdir. Onun tərkibi E, C və B qrup vitaminləri, natrium, sink, kolbat, dəmir, maqnium, fosfor, kalsium, amin turşularla zəngindir. Fındıq yağının tərkibində 10% fosfolipidlər, fitonsidlərlər və laklitaksel var. Fındığın tərkibi insan sağlamlığı üçün vacib olan elementlərlə zəngindir. Onu soyuq üsulla sıxıb aldıqda öz tərkibini qoruyub saxlaya bilir. Davamlı olaraq fındıqdan və ya fındıq yağından istifadə eləmək orqanizmə ciddi xəstəliklərin əmələ gəlməsinin qarşısını alır, xəstəliklərin kompleks müalicəsində faydalı olur. Artıq çəkidən əziyyət çəıkənlərə fındıq və fındıq yağından istifadə etmək məsləhət görülür. Onun tərkibində çoxlu miqdarda faydalı maddələr var. Bu maddələr orqanizmdə mübadilə proseslərinin normallaşmasına səbəb olur. Mübadilələrin normallaşması piy mübadiləsinin sürətlənməsinə və artıq çəkidən xilas olmağa yardım edir. Amma fındıq yağından istifadə edərkən onun tərkibində yüksək kalorili maddələrin olmasını nəzərə almaq lazımdır. Fındıq yağını sürtməklə dəri xəstəliklərindən, seboreyadan, pssoriazdan, dəri səpgilərindən xilas olmaq mümkündür. Fındıq yağından istifadə eləmək zehni yorğunluğun aradan qalxmasına, yaddaşın yaxşılaşmasına səbəb olur, bağırsaqlarda şiş xəstəliklərinin əmələ gəlməsinin qarşısını alır. Şəkərli diabet xəstələrinə fındıq yağından istifadə etmək çox faydalıdır. O zülalların biosintezində iştirak edir, DNT-nin sağlam qalmasına səbəb olur, döşlərdə fibroz düyünlərin əmələ gəlməsinin qarşısını alır. Fındıq yağı qanda hemoqlabinin yüksəlməsinə yardım edir, periferik qan dövranının normallaşmasına səbəb olur. Fındıq yağından istifadə eləmək işemik xəstəliklərin, ateresklerozun, hipertoniyanın, aritmiyanın, varikozun əlamətlərinin azalmasına səbəb olur. Böyrək daşı xəstəliyi zamanı fındıq yağından istifadə etməkdə fayda var. Fındıq yağı görmənin və beynin fəaliyyətinə müsbət təsir edir. Ondan uzun müddət istifadə eləmək beynin qıcolmalara qarşı oilan aktivliyini azaldır, epilepsiyanın əmələ gəlməsinin qarşısını alır. Yaşlı insanlara fındıq yağından istifadə etmək çox faydalıdır. Onun tərkibində olan amin turşuları və doymamış yağlar qocalıq səbəbindən meydana çıxan problemlərin azalmasına və aradan qalxmasına səbəb olur.

Kosmetologiyada tətbiqi

Kosmetologiyada fındıq yağından geniş istifadə olunur. Onu bütün kosmetik vasitələrə əlavə etmək mümkündür. O orqanizm və dəri tərəfindən asan sorulur, yağ parıltısının əmələ gəlməsinə səbəb olmur. Bu yağdan kremlərin, maskaların, balzamların, şampunların, dodaq boyalarının, dərini silmək üçün istifadə edilən məhsulların hazırlanmasında istifadə edilir. Fındıq yağını istənilən dəri növünə tətbiq eləmək olur. O dərini təmizləyir, qidalandırır, dərinin alt qatlarına keçərək piy vəzilərinin fəaliyyətinin normallaşmasına səbəb olur. Fındıq yağını yulaf kəpəyi ilə qarışdırıb dəriyə qoyduqda istənilən nəticəni əldə eləmək mümkündür. Bunun üçün yulaf kəpəyinə bir-neçə damcı fındıq yağı damızdıraraq onu massaj şəklində üzün dərisinə yedirtmək lazımdır. Bu dərinin gözəlləşməsinə səbəb olur. Fındıq yağını dəriyə sürtməklə dəri səpgilərindən xilas olmaq mümkündür. Bu yağ dərini qidalandırır, qırışların açılmasına, dərinin rənginin durulaşmasına səbəb olur. Bunun üçün portağal yağı ilə fındıq yağınlı qarışdıraraq üzün və boyunun dərisini massaj etmək dərinin qocalmasının qarşısını alır, tonuslandırır və sağlamlaşdırır. Göz ətrafı bölgələrdə olan qırışıqlıqlardan xilas olmaq üçün həmin nahiyəni fındıq yağı ilə silmək lazımdır. Sistematik olaraq dərini fındıq yağı ilə silmək ona sağlam görüntü bəxş edir. Saçlara fındıq yağı sürtmək onların möhkəmlənməsinə, parıldamasına, saç diblərinin xəstəliklərdən xilas olmasına səbəb olur.