Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndində pay torpaqlarının əkilməsi və becərilməsi zamanı bütün texnikalar pulsuz xidmət göstərəcək. Cocuq Mərcanlıya səfər edən kənd təsərrüfatı naziri İnam Kərimov əkin işləri ilə yaxından maraqlanıb.
Unikal.org xəbər verir ki, Kənd Təsərrüfatı naziri İnam Kərimov Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə səfər edib.
Nazir Horadiz şəhərində 2016-cı ilin aprel döyüşlərində həlak olanların xatirəsinə ucaldılan abidə kompleksini ziyarət edib. Daha sonra Cocuq Mərcanlıda kənd sakinləri ilə görüşüb. Görüş zamanı nazir İnam Kərimov sakinlər üçün ayrılan pay torpağının əkilməsi, becərilməsi və məhsul yığımı zamanı istifadə olunan bütün texnikaların pulsuz xidmət göstərəcəyini deyib.
Cocuq Mərcanlı kəndində 25 ildən sonra ilk dəfə olaraq qarğıdalı səpnində nazir İnam Kərimov da iştirak edib və bildiribki 33 hektar ərazidə 32 fermer tərəfindən qarğıdalı əkiləcək.
Nazir Eyni zaman da bütün torpaq sahələrinə əkiləcək hər növ toxumun Kənd Təsərrüfatı Nazirliyi tərəfindən pulsuz veriləcəyini deyib.