Bakl-Qazax magistral yolunun Hacıqabul rayonu Qızılburun kəndi ərazisindən keçən hissəsində "Mersedes" və "Niva" markalı avtomobillər toqquşub.
Unikal.org-un apa-ya istinadən xəbərinə görə, nəticədə "Mersedes" yolayırıcındakı metal səddə çırpılıb. Qəza zamanı avtomobildə olan 5 nəfər xəsarət alaraq Şirvan Şəhər Xəstəxanasına yerləşdirilib.
Hadisənin təfərrüatları müəyyənləşdirilir.