Bu gün Azərbaycan Respublikasının Prezidenti yanında Əfv Məsələləri Komissiyasının iclası keçirilib.
Unikal.org xəbər verir ki, bu barədə lent.az-a komissiyanın üzvü Rəşad Məcid məlumat verib.
O, bildirib ki, bu gün iclasda 100 müraciətə baxılıb. Müraciətlərdən yarısından çoxu müsbət rəy alıb.
Rəşad Məcid qeyd edib ki, artıq 1000-ə yaxın müraciətə baxılıb.
Qeyd edək ki, komissiyanın iclasları yekunlaşandan sonra əfv olunacaq şəxslərin siyahısı Prezidentə təqdim olunacaq. Əfv sərəncamının Azərbaycan Xalq Cümhuriyyətinin 100 illiyi ərəfəsində imzalanacağı gözlənilir.