Rahid Ələkbərli Azərbaycanın Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Dövlət Radiotezliklər İdarəsinin rəisi vəzifəsinə təyin olunub.

Unikal.org xəbər verir ki, bu barədə trend-ə nazirlikdən məlumat verilib.

Qeyd edək ki, R.Ələkbərli daha əvvəl "Delta Telecom şirkətində texniki direktor vəzifəsində işləyib. Yeni vəzifəyə təyin olunanadək və hal-hazırda o, ADA Universitetində informasiya üzrə baş mütəxəssis işləyir.