Bakının Sabunçu rayonu ərazisində piyadanı avtomobil vurub.

Unikal.org-un apa-ya istinadən xəbərinə görə, hadisə rayonun Kürdəxanı qəsəbəsində baş verib.

Qəsəbə sakini, 1996-cı il təvəllüdlü Əkbərov Şahzadə Təhməz oğlu yolu keçmək istəyən zaman avtomobilin zərbəsinə tuş gəlib.

Yaralı tanışlarının köməkliyi ilə 3 saylı Şəhər Klinik Xəstəxanasına çatdırılıb və həkim nəzarətinə verilib. Hazırda vəziyyəti ağır olaraq qalır.

Faktı Sabunçu polisi araşdırır.