Bakıda yaşayış binasında yanğın olub.

Unikal.org Fövqəladə Hallar Nazirliyinin saytına istinadən verdiyi məlumata görə, Bakı şəhəri, Suraxanı rayonunda çoxmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin beşinci mərtəbəsində köməkçi tikilinin içərisində yığılmış ev əşyaları 4 m2 sahədə yanıb. Yanğın zamanı tüstüdən zəhərlənmiş 1 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən təxliyə olunub. 

Mənzillər yanğından mühafizə olunub və yanğın söndürülüb.