Volqoqradda Ulu Öndərin anadan olmasının 95-ci ildönümü münasibəti ilə Heydər Əliyev Fondunun təşəbbüsü ilə salınan Volqoqrad-Bakı dostluq parkında Heydər Əliyev Fondunun və Qaradağ Rayon İcra Hakimiyyətinin təşkilatçılığı ilə təntənəli tədbir keçirilib.
Unikal.org xəbər verir ki, tədbirdə Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov, Azərbaycan Gənclərinin Rusiya Birliyinin (AMOR ) Volqorad şəhər təşkilatının sədri Dunya Əhdova, Volqoqrad vilayəti qubernatorunun müavini, Volqoqrad Administrasiyasının Sənaye və Ticarət Komitəsinin sədri Roman Berkov, Volqoqrad şəhər dumasının deputatı, Sosial siyasət komissiyasının sədr müavini Yelena Voznesenskaya, Volqoqrad şəhər administrasiyasının başçısının müavini Dmitriy Lebetenko, general Safonov Vladislav Nikolayeviç, Volqoqrad şəhərində yaşayan xalqların və millətlərin icma rəhbərləri və Volqorad şəhər sakinləri iştirak edirdilər.
Tədbirin aparıcısı ulu öndərin həyatı və siyasi fəaliyyəti barədə geniş məlumat verdi. Bildirildi ki, müasir tarixin ən görkəmli siyasətçisi olan Heydər Əliyev istər sovetlər dövründə, istərsə də müstəqillik illərində daim xalqı ilə birlikdə olub. Qeyd etdi ki, 2012-ci ildə Volqoqrad şəhəri ilə Qaradağ rayonun dostluq haqqında memorandum imzalandığı barədə məlumat verdi.
Tədbiri giriş sözü ilə açan açaraq tədbir iştirakçılarını salamlayaraq, Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının qeyd edilməsini Volqoqrad şəhərində ənənə olduğunu bildirərək, Azərbaycan Rusiya dostluğu, Ulu Öndərin layiqli davamçısı olan Prezident İlham Əliyevin, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın fəaliyyətini haqqında danışıb.
Daha sonra Qaradağ Rayon İcra Hakimiyyəti başçısının birinci müavini Emil Abbasov tədbir iştirakçılarını salamlayaraq, Azərbaycanın müstəqilliyinin əldə olunmasında Ulu Öndərin misilsiz fəaliyyətindən, Rusiya-Azərbaycan dostluğu haqqında danışdı. Daha sonra tədbir iştirakçılarını Ulu Öndərin 95 illik yubileyi və 9 may - Qələbə günü münasibəti ilə təbrik edib.
Volqoqrad şəhər dumasının deputatı, Sosial siyasət komissiyasının sədr müavini Yelena Voznesenskaya ümummilli liderin xalqı və dövləti naminə gördüyü işlərdən danışdı. Bildirdi ki, məhz Heydər Əliyevin sayəsində xalqlarımız arasında dostluq əbədi olub. Şəhər rəsmisi Heydər Əliyev Fondunun Volqoqradda həyata keçirdiyi mühüm layihələri qeyd etdi. Heydər Əliyev Fondunun vitse prezidenti Leyla xanım Əliyevaya gənc nəslin təhsili və tərbiyəsində, mənəvi dəyərlərin formalaşdırılması, uşaq və yeniyetmələrin sağlam həyat tərzi sahəsində layihələrin həyata keçirilməsində məhsuldar əməkdaşlığa görə ünvanlanan təşəkkür məktubunu oxudu.
Volqoqrad vilayəti qubernatorunun müavini, Volqoqrad Administrasiyasının Sənaye və Ticarət Komitəsinin sədri Roman Berkov Ulu Öndərin anadan olmasının 95-ci ildönümü və qələbənin əldə edilməsinin 73 illik münasibəti ilə təbriklərini çatdırdı. Azərbaycanlıların qələbənin əldə olunmasında rolundan danışdı.
Tədbirdə iştirak edən fəxri qonaq general Safonov Vladislav Nikolayeviç tədbir iştirakçılarını salamlayaraq, dahi Heydər Əliyev haqqında olan xatirələrini, onunla görüşlərini və söhbətlərini danışdı. O ilk dəfə Baykal Amur Magistralı (BAM) inşa edilərkən Heydər Əliyev SSRİ-nin rəhbərliyində olan şəxs kimi oraya gəldikdə Ulu Öndərlə görüşmüşdür. BAM-da Heydər Əliyevlə görüşən hər bir insanın ona valeh olduğunu bildirmişdir. Sonradan o 90-cı illərdə Azərbaycana gəldiyini və yenicə müstəqilliyinə qovuşmuş ölkənin çətin vəziyyətdə olduğunu, Ulu Öndərin onunla görüşdüyünü və Azərbaycanın çiçəklənməsi üçün əlindən gələcəyini bildirdiyini qeyd etdi. General Vladislav Safonov bu gün Azərbaycanın inkişafını gördüyünü və Heydər Əliyevin misilsiz xidmətlərinin olduğunu xüsusilə vurğuladı. Bildirdi ki, dövlətçiliyi qoruyan Heydər Əliyev, iqtisadiyyatın inkişafına nail oldu, Azərbaycanın dünya ölkələri arasında xüsusi yerinin olması üçün titanik əmək sərf etdi. O dahi şəxsiyyəti şəxsən tanıdığını və onunla dosluq etdiyini fəxrlə xatırladı.
Azərbaycana, xüsusilə Bakıya vurğunluğunu bildirən general Safonov Bakını dünyanın ən təhlükəsiz şəhəri adlandırdı. General Safonov Azərbaycan xalqının Böyük Vətən müharibəsində olan iştirakını qeyd edərək, tədbir iştirakçılarını bu iki gözəl tarix münasibəti ilə təbrik etdi.
Çıxış edən digər qonaqlar görkəmli dövlət xadiminin veteranlara göstərdiyi diqqəti qeyd etdilər. Bildirdilər ki, Heydər Əliyev harda olubsa - orda qələbə olub. Qeyd etdilər ki, ulu öndər xalqlar arasındakı dostluq və sevginin nümunəsidir, Volqoqradla Azərbaycan arasında dostluğun möhkəmlənməsində ümummilli liderin mühüm xidmətləri var
Sonra Qafqaz ritmləri ansamblının ifasında "Uzun dərə rəqsini seyr etdilər.
Tədbir iştirakçıları ümummilli lider Heydər Əliyevin barelyefi önünə gül dəstələri düzdülər, dünya şöhrətli siyasətçinin xatirəsinə ehtiramlarını bildirdilər.
Tədbir iştirakçıları göyə Ulu Ondərin xatirəsinə həsr olunmuş şarlar uçurdular.
Tədbir maraqlı konsert proqramı ilə davam etdi. Volqoqradın çoxmilli kollektivlərinin bir-birindən maraqlı ifaları, rəqslər, Ümummilli Liderə həsr olunan mahnılar, idmançıların çıxışları böyük maraqla qarşılandı.
Daha sonra tədbir iştirakçıları bayram süfrəsi arxasında bayramı qeyd etdilər.
Bayram tədbiri möhtəşəm atəşfəşanlıqla davam etdi.