Milli Məclisin deputat Məlahət İbrahimqızı Azərbaycan Prezidenti yanında Dövlət İdarəçilik Akademiyasına Heydər Əliyevin adının verilməsini təklif edib.
Unikal.org-un xəbərinə görə, o, bu təklifi Milli Məclisinin Heydər Əliyevin 95 illiyinə həsr edilən təntənəli iclasında irəli sürüb.
M.İbrahimqızı Heydər Əliyevin ideyalarının əbədiləşdirilməsinin vacibliyinə toxunub.
Deputat Aydın Hüseynov isə rayonlardan birinə Heydər Əliyevin adının verilməsini təklif edib.