Hesablama Palatasının nəzarət tədbirləri ilə ümumilikdə 689 hal üzrə nöqsanlar müəyyən edilib.
Unikal.org xəbəre verir ki, bu barədə Hesablama Palatasının 2017-ci ildə fəaliyyəti haqqqında hesabata bilirilir.
Hesabat dövründə qurumlar tərəfindən 42 110,4 min manat məbləğində vəsaitin təyinatının dəyişdirilməsi hallları müəyyən edilib. Bu istiqamətdə qanunvericiliyin tələblərinin gücləndirilməsi ümumilikdə vəsaitin təyinatının dəyişdirilməsi hallarının azalmasına səbəb olub. Hesabat dövründə aşkar edilmiş bu hallar əsasən vəsaitin təyinatının dəyişdirilməsi ilə bağlı mövcud qanunvericilik aktlarında həyata keçirilmiş sərtləşmənin tətbiq edildiyi vaxtdan əvvəlki dövrə təsadüf edib.
Hesablama Palatası dövlət satınalmaları ilə bağlı qurumların fəaliyyətini xüsusi diqqətdə saxlayır. Bu sahədə ümumilikdə 162 halda nöqsan müəyyən edilib.
Nəzarət tədbirlərinin nəticələri ilə qurumlar tərəfindən ümumilikdə 55 halda ehtimal olunan qiymətin düzgün müəyyənləşdirilmədiyi, 113 halda tender komissiyasının fəaliyyətinin müvafiq qanunvericiliyə uyğun təşkil edilmədiyi, 6 halda iddiaçılar arasında qalibin düzgün müəyyən edilmədiyi, 1 halda Azərbaycan Prezidentinin 2016-cı il 15 sentyabr fərmanı ilə dövlət büdcəsindən maliyyələşən təşkilatlarda idxal malların satınalınması zərurəti yaranarsa podratçı təşkilatlarla müqavilə imzalamadan öncə həmin malların satınalınmasına dair nəzərdə tutulmuş müvafiq razılığın alınması tələbinin gözlənilmədiyi, 15 halda tender elanının məzmununun və tenderin əsas şərtlər toplusunun müvafiq tələblərə uyğun tərtib edilmədiyi, satınalmalarda iddiaçı kimi çıxış edənlərdən nəzərdə tutulmuş qaydada maliyyə vəziyyəti barədə sənədlərin və tender təklifinin təminatının alınmadığı, 18 halda müqavilənin mövcud normativ hüqqui aktlarla nəzərdə tutulduğu qaydadda tərtib edilmədiyi, eləcə də 7 halda dövlət satınalmaları üzrə tenderlər, təkliflər sorğusu və kotirovka sorğusu barədə elanlar və onların nəticələri, habelə tender nəticəsində bağlanmış satınalma müqaviləsi barədə məlumatların müəyyən edilmiş müddətlərdə dövlət satınalmalarının rəsmi internet saytında yerləşdirilmədiyi müəyyən olunub.
Hesabat ilində aparılmış tədbirlərin nəticələrinə əsaslanaraq Hesablama Palatası 26 qurum üzrə 92 halda 83,3 mln. manat məbləğində vəsaitin səmərəsiz istifadə edilməsinə imkan yaradıldığı qənaətinə gəlib.