Ötən gün valideyn himayəsindən məhrum olunmuş Fikrət və Aytac adlı cütlüyün toy mərasimi baş tutub.
Unikal.org-un məlumatına görə, toyada Yeni Azərbaycan Partiyasının sədr müavini-icra katibi Əli Əhmədov millət vəkilləri və dövlət rəsmiləri iştirak edib.
Yeni Azərbaycan Partiyasının icra katibi Əli Əhmədov partiyanın büdcəsindən alınan mənzili Buzovna qəsəbəsində yerləşən 8 saylı kimsəsiz uşaqlar evində böyüyən gənclərə hədiyyə edib. Cütlüyə adət ənənələrə uyğun elçilik, nişan və toy mərasimi keçirilib. Aytac xanımın xınayaxdısını tanınmış qiraətçi Nazilə Səfərli aparıb. Toyunda isə Elton Məmmədov, Zemfira İbrahimova və digər müğənnilər iştirak edib.