Ümummilli lider Heydər Əliyevin anadan olmasının 95 illiyi ilə əlaqədar bütün yaşayış məntəqələrini, ümumtəhsil məktəblərini, idarə, müəssisə və təşkilatları əhatə edən məzmunca zəngin, formaca rəngarəng tədbirlər keçirilib.
Unikal.org-un məlumatına görə, may ayının 10-da şəhər əhalisi Ulu öndərin Mərkəzi meydandakı abidəsini ziyarət edib. Rayon icra hakimiyyəti adından abidənin önünə əklil qoyulub. Ziyarətdən sonra Dövlət Himni səslənib.
RİH-nin başçısı Mirdaməd Sadıqov iştirakçılarla birgə "Kitab bayramı çərçivəsində təşkil edilmiş kitab sərgisi ilə tanış olub, uşaq bağçaları və ümumtəhsil müəssisələrinin milli mənəvi, etnoqrafik və tarixi dəyərləri təcəssüm etdirən lövhələrinə, ifa olunan rəqslərə, 4 saylı məktəbin şagirdlərinin asfalt üzərində çəkdikləri rəsm işlərinə baxıb. Mədəniyyət mərkəzinin təşkil etdiyi konsert bayram iştirakçıları tərəfindən maraqla qarşılanıb. "Kitab bayramında fəal iştirakları ilə İsmayıllı sakinləri Ulu öndərin xatirəsini daim əziz tutduqlarını, onun müəyyən etdiyi yüksəliş yollarına sadiq olduqlarını bir daha nümayiş etdiriblər.