Bu gün "Həyat Fondunun yaranmasından bir il ötür.
Unikal.org qafqazinfo-ya istinadən xəbər verir ki, bu münasibətlə "Buta Palacedə təntənəli tədbir təşkil olunub.
Tədbirə ictimai-siyasi xadimlər, incəsənət nümayəndələri, idmançılar, şirkət rəhbərləri qatılıb.
"Yardım et, həyat ver devizi ilə fəaliyyət göstərən Fondun əsas qonağı Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyeva olub.
Məclis Azərbaycan dövlət himni ilə başlayıb, "Həyat Fondunun fəaliyyəti bağlı hesabat xarakterli videoçarx yayımlanıb.
Tədbirin aparıcıları Nərgiz Cəlilova, Nəsib Nur və Kəmalə Piriyeva olub. Səhnədə Azərbaycan xalq artistləri Fidan və Xumaran Qasımovalar sözləri Leyla Əliyevaya məxsus "Ürək yaddaşı mahnısını səsləndiriblər.
Bundan əlavə, ad günündə müxtəlif uşaq evlərinin sakinləri, fiziki qüsurlu yeniyetmələr və gənclərin hazırladığı əl işləri xeyriyyə məqsədi ilə satışa çıxarılıb.
Həmçinin, "Həyat Fondunun təsisçisi Hacı Nuran Hüseynov xeyriyyə işlərində ona dəstək olan hər kəsə təşəkkürünü bildirib.